1 May 2020 21:07
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə son sutkada daha 84 nəfər pandemiyanın qurbanı olub”.

Teleqraf.com-un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 258 nəfərə çatıb.

Nazir həmçinin daha 2 188 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 122 392-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 53 808 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər