ABŞ hökuməti İranın “Taif Mining Services” mədənçilik şirkətinə və onun sahibi Əmir Dəyanətə qarşı sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb şirkətin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı birləşməsilə əlaqələrdə şübhəli bilinməsidir.
ABŞ hökumətinin iddiasına görə, həm İran, həm də İraq vətəndaşı olan Ə.Dəyanət bir neçə il ərzində “Qüds”ün işgüzar və digər fəaliyyətlərində, o cümlədən raketlər də daxil olmaqla silah qaçaqmalçılığı ilə bağlı fəaliyyətlərinə dəstək verib.
Həmçinin Kolumbiya Dairə Prokurorluğunun da Ə.Dəyanətə və onun ortaqlarından birinə qarşı sanksiya rejimini pozmaq və çirkli pul yumaq ittihamı ilə cinayət işi başladığı, onlara məxsus 12 milyon ABŞ dolları məbləğindəki aktivlərin müsadirəsini tələb etdiyi da qeyd olunur.