Braziliyada yeni növ koronavirusa daha 6 209 yeni yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 91 589 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində koronavirusdan 428 nəfər ölüb, ölənlərin ümumi sayı 6 329 nəfər təşkil edir.