2 May 2020 09:51
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada hökumət qüvvələri paytaxt Tripolidə qiyamçı Haftar ordusunun nəzarətində olan iki bölgəni geri alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Sülh Hökuməti açıqlama yayıb.

Məlumatda Haftar ordusunun Tripolinin cənubunda yerləşən Məşru və Hallatat mövqelərinin nəzarət altına alındığı bildirilib. Nəsmə bölgəsində isə qiyamçı qüvvələrin hərbçilərini daşıyan avtobus vurulub.

Bundan başqa Səbha şəhəri də, hökumətə tabe olduğu, habelə qiyamçıların Tripolinin cənubundakı Həmzə düşərgəsinin mühasirəyə alındığı açıqlanıb.

Əməliyyatlar zamanı Haftar ordusunun yanacaq daşıyan bir tankeri və bir tankı vurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər