2 May 2020 10:40
2 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri general Artur Vanetsyanın Baş nazir Nikol Paşinyanı məhkəməyə verməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə vəkilləri - Lusina Saayan və Aramazd Kiviryan məlumat verib.

Vəkillər Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyanın böhtan xarakterli ifadələrinə görə mülki iddia ərizəsinin hazırlanıb məhkəməyə təqdim olunacağını bildiriblər:

“Hökumət başçısının öz sözçüsünün vasitəsi ilə qəsdən yalan məlumat yaymağını yolverilməz və çirkin hesab edirik. Bu özündə birbaşa siyasi təzyiq elementlərini cəmləşdirir. Məhkəməyə müvafiq mülki iddianı təqdim edəcəyik. Qanuna görə böhtan atan hər kəs bunun üçün cavab verməlidir və Ermənistanda böhtan xarakterli mübarizə üsulu nəhayət rədd edilməlidir”.

Paşinyanın mətbuat katibi Mane Gevorqyan sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan və Artur Vanetsyanı bir sıra şirkətlərin rəhbərləri vasitəsilə qanunsuz olaraq səhm almaqda ittiham edib. Gevorqyan bu barədə məlumat əldə etdiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər