2 May 2020 19:15
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Nazirlər Şurası bu gün koronavirus pandemiyası ilə əlaqədar fövqəladə sanitar vəziyyətin uzadılması barədə qanun layihəsini müzakirə edib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Fransa Səhiyyə naziri Olivye Veran bildirib.

"Bu gün Nazirlər Şurasına təqdim edilən qanun layihəsi fövqəladə sanitar vəziyyətin iki ay - iyulun 24-nə kimi uzadılmasını nəzərdə tutur", - Veran toplantıdan sonra keçirilən brifinqdə bildirib.

Nazir qeyd edib ki, elmi şura pandemiya ilə mübarizədə bütün tədbirləri, o cümlədən fövqəladə sanitar vəziyyət barədə qanun layihəsində nəzərdə tutulan addımları vacib hesab edir.


Müəllif: Nahid

Oxşar xəbərlər