İtaliyada son sutka ərzində koronavirus pandemiyası qurbanlarının sayı 474 nəfər artıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə İtaliya Mülki müdafiə Xidmətindən bildiriblər.
Ölkədə koronovirus qurbanların sayı 28 710 nəfərə çatıb.
Cümə günü ölənlərin sayı 269 nəfər olub. Son sutkada ölüm sayı (474 nəfər) aprelin 21-dən (534 nəfər) bu yana ən yüksək göstərici olub.
Son sutka ərzində 1665 nəfər sağalıb. Sağalanların ümumi sayı 79 914 nəfərdir. İndiyədək yoluxanların sayı isə 209 328 nəfərə çatıb.