Türkiyədə ürək xəstəsi olan bir nəfər üçün çağırılan təcili yardım vertolyotu enməyə icazə verilmədiyindən xəstəni götürmədən geri dönüb.
Teleqraf.com-un xbərinə görə, hadisə bu gün Samsunun Bafra rayonunun Altınkaya məhəlləsində baş verib.
Xəbərə görə, xəstəxanaya getməli olan ürək xəstəsi üçün təcili yardım çağırılıb. Ancaq xəstəxananın Altınkaya kanalının Sinop tərəfində olması və komendant saatı səbəbindən bərə fəaliyyət göstərmədiyi üçün Samsundan təcili yardım avtomobili deyil, vertolyot istənilib. Səhiyyə Nazirliyinin təcili yardım vertolyotu xəstəni qəbul etmək üçün Samsundan yola düşüb. Altınkayaya gedən vertolyotdakıi heyət bir tarlada eniş etmək və xəstəni götürmək istəyib. Lakin tarla sahibləri təcili yardım vertolyotunun sahələrinə enməsinə icazə verməyiblər. Onlar əl hərəkətləri ilə vertolyotun enişinin qarşısını alıblar. Pilot xəstəni almadan geri dönmək məcburiyyətində qalıb.
Xəstə üçün təcili yardım maşınının Sinopdan göndərilməsinə qərar verilib.