ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusla mübarizə çərçivəsində Birləşmiş Ştatlara tibbi yardım göndərdiyi üçün Türkiyəyə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Pompeo Tvitter mikrobloqundakı paylaşımında Türkiyənin yardımının ABŞ şirkətlərinə böyük dəstək olduğunu vurğulayıb.
"NATO müttəfiqimiz Türkiyəyə minnətdarıq. Bu situasiyanı geridə qoyub həmişəkindən daha güclü çıxacağıq", - deyə dövlət katibi qeyd edib.