3 May 2020 10:39
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Əl-Əzhər İslam Universitetinin Baş imamı Şeyx Əhməd əl-Tayyib və Roma Papası Fransisk mayın 14-də bütün dinlərdən olan insanları koronavirus pandemiyasına qarşı birlikdə dua etməyə çağırıblar.

Teleqraf.com xəbər verir ki, dini liderlər birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmin tarixdə dünyanın bütün dindarları pandemiyanın tezliklə aradan qalxması və alimlərin koronavirusa bəlasına çarə tapması üçün dua edəcəklər.

Roma Papası ötən cümə günü müqəddəs Ramazan ayının başlaması münasibətilə Əl-Əzhər baş imamının timsalında bütün müsəlmanları təbrik edib. Şeyx Əhməd əl-Tayyib və Roma Papası Fransisk COVID-19 pandemiyasına qarşı həmrəylik məsələsini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər