Son sutka ərzində Ermənistanda daha 113 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da COVID-19-a yoluxanların sayı 2386-ya yüksəlib. Məlumata görə, daha 2 nəfər ölüb, koronaya yoluxan 25 nəfər isə sağalaraq evə buraxılıb.
Ümumilikdə Ermənistanda 33 nəfərin infeksiyadan öldüyü açıqlanıb.