Paytaxt Tripolidən 953 kilometr cənubda yerləşən Murzuk şəhərinin hərbi şurası 9 maddədən ibarət video açıqlama yayaraq Liviya hökumətinə dəstək veriblər.
Teleqraf.com xəbər verir ki, bəyanatın üçüncü maddəsində Murzuk şəhərinin hərbi şurası və briqadanın Liviya hökumətinə qarşı çevriliş cəhdlərini rədd etdiyi vurğulanıb.
"Liviya Milli Razılıq Hökumətini dəstəkləyirik. Özlərini Liviya Milli Ordusu adlandıranlara səslənirik, paytaxtımız və ölkənin cənubunu tərk edin, gəldiyiniz yerə qayıdın. Bu qədər dağıntı, ölüm və köç kifayətdir", - deyə açıqlamada qeyd olunub.