İran Prezidenti Həsən Ruhani sabahdan etibarən məscidlərin açılacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ölkə başçısı koronavirusla mübarizə çərçivəsində az təhlükəli olduğu müəyyənləşən ağ bölgələrdə cümə namazlarının sosial məsafə saxlanılmaqla qılınacağını bildirib.
Qeyd edək ki, İran COVID-19-la mübarizə ilə əlaqədar ağ, sarı və qırmızı bölgə tətbiqini həyata keçirir.
Qismən təhlükəli ərazilər hesab edilən 133 ağ bölgədə mayın 16-dan məktəblərin də açılacağı nəzərdə tutulub.