3 May 2020 16:28
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin hakimiyyət orqanları təhsil müəssisələrinin fəaliyyətini tədricən bərpa etmək barədə qərar qəbul ediblər.

Teleqraf.com xəbər verir ki, Təhsil Nazirliyi ölkənin çox yerində dövlət məktəblərinin açıldığı barədə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yerli hakimiyyət orqanlarının 80 faizi təhsil müəssisələrinin qapılarını açıblar. Şagirdlərin gigiyenaya əməl etmələrinin və maska taxmalarının zəruriliyi qeyd olunur. Hökumətin qərarına əsasən, bazar günü məktəblərə 1-3 və 11-12-ci siniflərin şagirdləri gedəcəklər.

Uşaq bağçaları isə mayın 10-da açılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər