Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı xüsusi əməliyyatı keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, xüsusi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən 18 terrorçu məhv edilib.
Bildirilir ki, terrorçuların gizləndiyi yerdə 2 ədəd "ölüm kəməri", 13 ədəd avtomatik silah və 3 ədəd partlayıcı qurğu aşkarlarnıb.