4 May 2020 08:25
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçuluğa qarşı əməliyyatın gedişatında İraqın şimalında İŞİD terror təşkilatının bir neçə silahlısı yaxalanıb.

Teleqraf.com-un mlumatına görə, bu barədə "Anadolu" agentliyinə Kərkük əməliyyatlarının komandanı Saad Harbie bildirib.

O, qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları şəhərin mərkəzində mənzillərdən birində reyd keçirib. Reydin gedişatında İŞİD-in dörd terrorçusu saxlanılıb. Onların çoxlu sayda döyüş sursatı və silahı müsadirə edilib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Al-Anbar, həmçinin Diyala və Kerkuk əyalətlərinin bir hissəsini tutub.

Sonrakı illərdə ABŞ-ın başçılıq etdiyi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın dəstəyi altında İraqın təhlükəsizlik qüvvələri həmin əyalətləri terrorçulardan təmizləməyə müvəffəq olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər