4 May 2020 10:36
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada PKK/YPG silahlılarından ibarət yeni “təmizlik gücü” qurur. Yeni silahlı birləşmənin döyüşçülərinin sayı 10 min nəfərdən az olmayacaq.

Teleqraf.com xəbər verir ki, yeni təmizlik gücünün qurulması üçün ABŞ Suriya neftindən əldə ediləcək gəlirdən 200 milyon dollar xərcləyəcək.

ABŞ-ın bu planı Pentaqonun hesabatında qeyd edilib. Yeni planlamada terror təşkilatı olan YPG-nin Əl-Tanif bölgəsində olan müxalif qrupundan “Təmizlik gücü” qurulacaq.

Hesabata görə, YPG-nin nəzarəti altında 1200 nəfərlik və 5 komanda bölüyündən və 600 nəfərdən ibarət olan anti-terror birliyində cəmləşəcək. Bu say büdcə imkanlarından asılı olaraq 10 minə çıxarılacaq.

Qeyd edilir ki, YPG terrorçuları ABŞ-ın onlara göndərdiyi yeni növ hərbi ləvazimatlardan istifadə edəcək. Belə avadanlıqlardan ilk dəfə İŞİD rəhbərlərinin saxlanıldığı Əl-Hol həbsxanasında istifadə edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər