Livanın Hizbullah təşkilatının Almaniyada terror təşkilatı elan edilməsinin səbəblərinə aydınlıq gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail kəşfiyyatından (MOSSAD) KİV-ə məlumat verilib.
Məlumatda qeyd edilib ki, MOSSAD Hizbullahın terror təşkilatı kimi tanınması üçün Almaniyanın xüsusi xidmət orqanlarına silahlı qruplaşmanın terror aktlarına hazırlaşması barədə dəlillər təqdim edib.
“Hizbullah rəhbərlərinin təşkilatı terror fəaliyyətləri ilə əlaqələndirilməsi üçün konkret dəlillər lazım idi, biz də bunu etdik”.
MOSSAD-ın bu gizli hesabatı Hizbullahın Almaniyadakı fəaliyyətinin qadağan edilməsini təmin edib.