Rusiyada dünyanı təsiri altına alan COVİD-19 pandemiyasına qarşı mübarizəyə dair sosialoji sorğu keçirilib.
Teleqraf.com xəbər verir ki, keçirilən anket sorğularının nəticəsinə görə, Rusiya dövlət başçısı Vladimir Putinin koronavirusla mübarizə mərhələsini yaxşı idarə etmədiyi və buna görə ona qarşı etimadın azaldığı ortaya çıxıb.
Levada Mərkəzi tərəfindən hazırlanan anketə görə, mart ayında sorğuya qatılanların 46 faizi Putinin sonrakı dövrdə iqtidarda qalmasını dəstəkləyir.
2019-cu ilin aprel ayında keçirilən sorğuda isə bu 54 faiz olub.