Dağıstan müftisi Əhməd Abdullayev ailə üzvlərilə birlikdə koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə müftinin həyat yoldaşı və müşaviri Ayna Həmzətova məlumat verib.
Həmzətova virusa qalıb gələcəklərinə inandığını bildirib.
O, Dağıstanın imkanlı şəxslərinə müraciət edərək Mahaçqalada üçüncü şəhər xəstəxanasına lazımi köməklikləri göstərmələrini xahiş edib.