1 Oktyabr 2014 18:42
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də “Kanal D”-də yayımlanacaq Türkiyənin ən çox izlənilən seriyalı “Kurtlar Vadisi Pusu”nun 232-ci bölümündə İŞİD-in girov götürdüyü 49 türk diplomatının azad olunması, Türkiyənin baş naziri Əhməd Davudoğlunun onları qarşılamağa gəlməsi və Türkiyə gündəmində baş verən digər hadisələrin oxşarı təkrarlanacaq.

Publika.az-ın məlumatına görə, artıq “Kurtlar Vadisi Pusu”nun 232-ci bölümünün anonsu yayılıb.

Yuxarıda şadlanan məqamların sabah efirdə yayımlanacaq buraxılışda nümayişi gözlənilir.

Xatırladaq ki, bu il iyunun 11-də Türkiyənin Mosuldakı konsulluğunun 49 əməkdaşı İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü. Həmin girovlar sentyabrın 20-də azad olunublar.


Müəllif: