1 Oktyabr 2014 21:09
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dənizli şəhərində 9 yaşında ikən anasının sevgilisi tərəfindən təcavüzə uğrayan, 11 və 13 yaşlarında “başlıq” üçün anası tərəfindən iki dəfə evləndirilən gənc xanım üç uşaq sahibi olandan sonra həyat yoldaşının işgəncələrinə dözə bilməyib evdən qaçıb və fahişəlik bataqlığına düşüb. Bədbəxt qadın yeganə istəyinin üç uşağını görmək olduğunu bildirərək göz yaşında boğulub.

Publika.az “Ahaber”ə istinadən xəbər verir ki, evdar xanım olan 46 yaşlı Hənifə E. ilə mərmər zavodunda işləyən 41 yaşlı Ramazan E. 1990-cı ildə Türkiyənin Dənizli şəhərində evləniblər. Bu evlilikdən iki il sonra Fatma, dörd il sonra isə Məhəmməd adlı iki övladları olub. Ancaq bir müddət sonra Hənifə ərinin evə az pul gətirdiyini əsas gətirərək ayrılıb. Qadın uşaqlarını da götürərək evdən gedib. Rəsmi olaraq ayrılmayan ər-arvad ayrı yaşamağa başlayıblar. Hənifə uşaqları ərinə heç göstərməyib.

Fatma 9 yaşında təcavüzə uğradı

Bu arada Hənifə E., Y.K. adlı bir kişiylə sevgili olub. Y.K. Hənifənin evinə gedib-gəlməyə başlayıb. Həmçinin iddiaya görə, Y.K. hələ 6 yaşında olan Fatma E.-yə təcavüz etmək istəyib. Fatma E. artıq 9 yaşında olan isə Y.K. heç kimin evdə olmadığı bir vaxtda gələrək Fatma ilə cinsi əlaqədə olmaq istəyib. Lakin Fatma E. razı olmadığı üçün Y.K. uşağa təcavüz edib. Fatma E. söhbəti anasına danışanda isə qadın övladına inanmayıb, üstəlik, qızını döyüb.


Məktəbdən çıxarılıb pul qarşılığında satıldı

Fatma E. oxumaq, həkim, ya da polis olmaq istəyirdi. Lakin Fatma 11 yaşında olarkən anası Fatmaya “Artıq sənin ərə getmək vaxtın çatıb. Səni ərə verəcəyəm. İstəyənin var” deyərək Fatmanı ondan 30 yaş böyük kişiyə 10 min lirə (təxmini 4 min manat – red.) qarşılığında satıb.

Lakin Fatma E. hələ 11 yaşında olduğundan qorxub və evləndiyi şəxslə cinsi əlaqədə olmaq istəməyib. Bundan sonra əri Fatma E.-ni anasının yanına apararaq pulunu geri istəyib. Anası qızını bir atelyedə işə düzəldərək işləməyə məcbur edib. Və qızın işlədiyi iki il müddətində bütün pulu da özü götürüb.

Anası imkan vermədiyindən, Fatma E. heç cür atası ilə görüşə bilmirdi. Lakin anası onu başqasına satdıqdan sonra qızın atası ilə görüşmək şansı olub. Ayağından əlil və barmaqları olmayan ata Ramazan E. qızını ərindən almaq, qızına kömək eləmək istəyib. Lakin buna ömrü çatmayıb. Ata 2007-ci ildə 41 yaşında ikən beyin xərçəngindən vəfat edib. Atası da öləndən sonra Fatma həyatda qardaşı ilə tək qalıb.


13 yaşında olanda “başlıq” pulu üçün evləndirildi

Fatma E. 13 yaşına çatanda anası qızını ondan özündən 15 yaş böyük İ.B. adlı kişiyə 15 min lirə (təxminən 6 min manat – red.) “başlıq” pulu qarşılığında satıb. Yaşı az olduğundan, Fatma E. 2004-cü ildə evləndiyi İ.B. ilə rəsmi nikaha girə bilməyib. Ancaq yaşı 18-i keçəndə belə, əri üç uşaqlı Fatma ilə münasibətlərini rəsmiləşdirməyib. Fatma E. əri tərəfindən tez-tez döyülməyə başlayıb. Hətta İ.B. arvadının bədənində siqaret söndürüb, ona bıçaqla xəsarət yetirib, işgəncə edib. Bu işkəncəyə 10 il dözə bilən Fatma 1.5 yaşlı körpəsi Özləmi, yeddi yaşlı Sərvəti və 5 yaşlı qızı Səmanuru qoyub, evi tərk edib. Əri İ.B. uşaqları Fatma E.-yə verməyib.


Adanada fahişəlik girdabına düşdü

Qardaşı Məhəmməd E. də cinayətlə bağlı həbsə düşdüyündən Fatma E. gedəcək bir yeri olmadığından Adanada tanış olduğu bir rəfiqəsinin yanına gəlib. Burada bir müddət qalan Fatma E. işləmək istədiyini deyib. Bundan sonra rəfiqəsi Fatmanı gecə barında işə düzəldib. Ancaq bir müddət sonra Fatma E. burada pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa başlayıb. Qadın, polisin təşkil etdiyi basqında yaxalanıb.


“Yeganə istəyim uşaqlarımı görməkdir”

Fatma E. yaşadıqlarını göz yaşları içərisində bu cür danışıb:
“Mən hələ 9 yaşında ikən təcavüzə uğradım. Anam 11 yaşımda olanda məni məktəbdən çıxarıb, pul qarşılığında ikinci arvad olaraq verib. Orada 10 gün evli qaldım. Sonra 13 yaşımda məni yeni pul qarşılığında başqa kişiyə verdi. Orada 10 il evli qaldım. Amma ərim mənə həmişə işgəncə verirdi. Məni qısqanıb, mənə inanmayıb, başqasına inanaraq mənə işgəncə verib. Mən bu yaşadıqlarımı - bədənimdəki göyərmələri, dizlərimin göyərməsini, bıçaq yaralarını, siqaret izlərini unuda bilmərəm. Mənə işgəncə verirdi. Bu, işkəncədən də betər idi. Uşaqlıqda neçə dəfə evlənməmək üçün anama qarşı çıxdım, dəfələrlə intihara cəhd etdim, evdən qaçdım. Amma gəlib sadəcə məni polis bölməsindən götürüb getdilər”.


Uşaqları ilə yaşamaq istəyir

Bir ildir uşaqlarını görməyən Fatma E. bu cür davam edib:
“Uşaqlarımı sadəcə bir saat görüm, ondan sonra Allah canımı alsa da, vecimə deyil. Yeganə istəyim budur. Hər gün məhv oluram. Dözə bilmirəm artıq. Gecə-gündüz məktəblərinin qapısında gəzirəm. Bəsdir artıq. O uşaqların vəziyyətini unuda bilmirəm. Yeganə ümidim onları görməkdir. Kimsəsizlikdən çətin heç nə yoxdur. Körpəm 1.5 aylıq idi, amma evimi tərk etmək məcburiyyətində qaldım. Mən gedəndə o yatırdı. Bu mənzərə gözümün qarşısından getmir. Uşaqlarımın ağlaması yadımdadır. Hara getsəm də, ağlım onlarladır. Yemək yeyirəm, onları düşünürəm. Mən artıq, yaşamaqdan da, hər şeydən də ümidimi kəsmişəm. Ana qoxusu axtarırdı o uşaq... Onları görmək üçün nələr verməzdim. Ömrümü alsınlar, ancaq uşaqlarımı bircə dəfə görə bilim”.


Müəllif:

Oxşar xəbərlər