5 May 2020 13:31
2 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Özbəkistandan bir su anbarının dağılması nəticəsində Qazaxıstan tərəfinə dəymiş ziyanı ödəməsini tələb edəcək edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Sergey Qromov bildirib.

“Biz Özbəkistan Xarici İşlər Nazirliyi üçün bir nota hazırlayırıq. Burada bütün istəklərimizi yox, tələblərimizi ifadə edirik. Bu gün tələb etmək hüququmuz var, çünki zərərçəkən tərəfik, kompensasiya (ziyan) üçün bu, mümkündür”, Qromov jurnalistlərə deyib.

Onun sözlərinə görə, rəsmi məktubda Qazaxıstan tərəfinin bəndin dağıldığı Sardoba su anbarının bərpa edilməməsi tələbi də yer alacaq:

“İstəyimiz budur ki, bu su anbarı bərpa olunmasın. Əgər bərpa olunarsa, çox kiçik bir həcmdə olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər