Son 24 saat ərzində Ermənistanda təsdiqlənmiş koronavirus yoluxma hallarının sayı 112 nəfər artaraq 2619-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Son 24 saat ərzində bir nəfər koronavirus səbəbindən ölüb. Bununla Ermənistanda pandemiyadan həyatını itirənlərin sayı 40-a çatıb.