İngiltərə baş naziri David Kameron İŞİD-ə qoşulan vətəndaşlarına səslənib
İngiltərə baş naziri David Kameron İŞİD terror qruplaşmasına qoşulan vətəndaşlarına səslənib.
ANS PRESS-in məlumatına görə, Kameron İŞİD-ə qarşı mübarizədə sərt tədbirlər görüləcəyini bildirib:
"İraqda və Suriyada İŞİD üçün döyüşənlər Birləşmiş Krallığın düşmənləridir. Bu insanlar şeytandır. Bunlar uşaqları öldürür, qadınlara təcavüz edir, onlara inanmayanları soyqırımla təhdid edir, jurnalistlərin və könüllülərin başlarını kəsir. İŞİD-lə mübarizə edilməzsə, küçələrə terror gətirəcəklər. Birləşmiş Krallığın təhlükəsizliyi üçün hər şeyi edəcəyik.
Suriyaya və İraqa getmək istəyənləri hər vəhclə durdurmağa çalışağıq. Pasaportlarınıza əl qoyacağıq, məhkum edəcəyik və hazırda həmin bölgədəsinizsə, o zaman İngiltərəyə geri dönüşünüzə mane olacağıq".
Qeyd edək ki, Birləşmiş Krallıqdan təxminən 500 nəfərin İŞİd-ə qoşulduğu bildirilir. İngiltərə dünəndən başlayaraq anti-İŞİD koalisiyası çərçivəsində Suriya və İraqda terror qruplaşmasının mövqelərinə zərbələr endirməyə başlayıb.