5 May 2020 22:38
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail alimləri koronavirusu insan vücudunuda zərərsizləşdirən dərman hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Naftali Bennett açıqlama verib.

Nazirin sözlərinə görə, Nes-Sionada yerləşən İsrail Bioloji Tədqiqatlar İnstitutu (İBTİ) koronavirusa qarşı preparatın birinci işlək nümunəsini əldə edib.

Preparat həm vaksin, həm də dərman kimi təsir göstərərək, xəstənin bədənindəki koronavirusu zərərsizləşdirir. Söhbət yeni vasitədən gedir.

Preparatın hazırlandığı monoklonal anticisimlər (immun hüceyrələri tərəfindən hasil edilən anticisimlər) koronavirusa yoluxmuş heyvanların və insanların qanından əldə edilib. Klinik sınaqlar preparatın çox səmərəli olduğunu göstərib.

Müdafiə naziri qeyd edib ki, bu, dünyada ilk təmayüllü preparatdır. İsrail Bioloji Tədqiqatlar İnstitutunun professoru Şmuel Şapiranın rəhbərliyi ilə patent üçün artıq müraciət edib. Növbəti mərhələdə preparatın istehsalı üçün beynəlxalq təşkilatlara müraciət olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər