6 May 2020 11:09
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın qiyamçı generalı Xəlifə Haftarla Suriya rejiminin lideri Bəşər Əsəd narkotik ticarəti həyata keçirir.

Teleqraf.com xəbər verir ki, bunu Liviyanın legitim milli keçid hökumətinin daxili işlər naziri Fəthi Başğa deyib.

Nazir sosial şəbəkə hesabında bəyan edib ki, ötən ay Misirin Port Səid məntəqəsindən EGY CROVN adlı gəmi Binqaziyə göndərilib. Suriyada yüklənən süd qutularının içində 4 ton narkotik vasitə olub.

Məlumata görə, narkotik vasitələrin tapıldığı süd qutularının sahibi ABŞ və Avropa Birliyi tərəfindən sanksiya tətbiq olunan biznesmenlərdən biridir.

Nazir qeyd edib ki, Haftar uzun müddətdir Əsəd rejimi ilə birlikdə Liviyaya hava və dəniz dəhlizi açaraq qanunsuz maliyyə əldə etməyə çalışıb:

“Beynəlxalq maliyyə nəzarəti və narkotiklərlə mübarizə qurumları bilirdi ki, Əsəd rejimi Suriya üzərindən Liviyanın şərqindəki limanlar vasitəsilə narkotik qaçaqmalçılığı edir".


Müəllif: Cavad

Oxşar xəbərlər