6 May 2020 13:36
3 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və NATO uzun ilər FETÖ terror şəbəkəsinə milyonarla dollar pul ödəyib. Bu qurumların FETÖ lideri Gülənlə əlaqələri 1972-ci ildə Döyüş Qanunu Komandanlığının hazırladığı hesabatda yer alıb.

Teleqraf.com xəbər-un xəbərinə görə, bütün bunları “Gerçək Həyat” dərgisi ortaya çıxarıb.

Ortaya qoyulan dosyelərə görə, NATO, MKİ və sionistlər Gülən şəbəkəsini maliyyələşdirib.

Hesabatda Gülən və şəbəkəsi haqqında ilginc bilgilər var. Bildirilir ki, FETÖ 1966-cı ildən sonra İzmirdə şəbəkələşməyə başlayıb. MKİ və "Mossad" vasitəsilə axıdılan pullarla 1970-ci ildə klassik nurçulardan ayrılan Gülən öz şəbəkəsini yaratmağa başlayır.

Qeyd olunur ki, NATO 1976-cı ildə Türkiyədə 120 jurnalist, biznesmen və din adamlarına maliyyə dəstəyi göstərib. Maliyyə dəstəyi Türkiyənin NATO-dakı daimi təmsilçisi, mason Orxan Arıman üzərindən ödənilib. NATO-dan milyonlarla dollar alan şəxslər arasında Fətullah Gülənin də adına rast gəlinib.

Gülən sionistlərdən də pul alıb. 1972-ci ildə Gülənin müəmmalı hərəkətləri Saleh Camal Edirgerin Diyanət İşləri Nazirliyinə yazdığı məktubdan da açıq görünür. Məktubda “Gülən Yəhudi camaatı ilə xüsusi əlaqələrə malikdir, həftədə iki dəfə görüşürlər. Yəhudi camaatından olduğu deyilən Əkrəm adlı şəxsdən bir çanta pul alıb. Özünü Mehdi elan edən Əkrəmin agent kimi işlədiyi ehtimalını qeyd etməmək mümkün deyil” ifadələri yazılıb.

Dərgi qeyd edib ki, Fətullah Gülən Türkiyəyə qaşı fəaliyyət göstərən açıq və ya gizli ittifaqların hamısı ilə əlaqələr qurub. Bu ittifaqları gücləndirmək üçün Türkiyənin əleyhinə addımlar atmaqdan da çəkinməyib. Bu addımlardan biri də erməni patriarxı Sinork Kalusyana yazdığı məktubdur. Gülən Kırıkqalada işlədiyi zaman 1965-ci ilin mayın 6-da yazdığı məktubda əvvəl dinlərarası dialoqdan bəhs edib, daha sonra 1915-ci il hadisələri haqda fikirlərini ifadə edib. Həmin məktubunda Gülən ermənilərin ədalətsizliklə üzləşdiyini qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər