Türkiyənin İstanbul şəhərində saxta pasportla saxlanılan Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthulah Gülənin qardaşı qızı Zeynəb Gülən sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Zeynəb Gülən barəsində hökm oxunub.
Məhkəmədə prokuror hakimdən FETÖ-yə 74 min lirə yardım etməsi ittihamı ilə Gülənin qardaşı qızı üçün 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib.
Lakin məhkəmə Zeynəb Gülənin həbsdə qalma müddətini nəzərə alaraq, müttəhim barəsində sərbəst buraxılma qərarı verib. Məhkəmə prosesi davam edəcək.
Digər yandan, İstanbul Prokurorluğunda Zeynəb Gülən barəsində irəli sürülən saxtakarlıq ittihamı üzrə istintaqı davam etdirir. Zeynəb Gülən ötən ilin oktyabr ayında İstanbulda saxta pasportla saxlanılıb.
Bundan başqa, FETÖ-yə 75 min lirə yardım etməkdə və terror təşkilatına üzv olmaqda ittiham olunur.