6 May 2020 14:23
3 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni araşdırmaya görə, iqlim dəyişikliyi məsələlərinə diqqət yetirilməsə dünyada milyardlarla insan 2070-ci ilə qədər mümkünsüz şərtlər altında yaşamağa məhkum ola bilər.

Teleqraf.com xəbər verir ki, karbon tullantılrının səviyyəsinin çox olduğu bir modeldən istifadə edilən araşdırmada tullantıların azaldılması dünyada temperaturun 15 dərəcəyə qədər yüksəldə biləcəyini müəyyən edib.

Tədqiqatçılar təxminən 3,5 milyard insanın həyatın inkişafı üçün uyğun hesab edilən şəraitdən daha isti iqlim şərtlərində yaşayacağını təxmin edirlər.

Araşdırmanın müəlliflərindən olan Hollandiyanın Vageningen universitetinin alimi Marten Şeffer deyib ki, planetin böyük bir hissəsi aşırı istilərdən çətin duruma düşə bilər: “Belə temperatur nəinki dağıdıcı təsir göstərə, eyni zamanda yeni pandemiya kimi dünyanı böhrana sürükləyə bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər