6 May 2020 15:28
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks president Serj Sərkisyanın kürəkəni Mikael Minasyan həbs ediləcək.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar ibtidai istintaq orqanının tələbini təmin edən İrəvanın ümumi yurisdiksiya məhkəməsi tərəfindən qəbul edilib.

Məlumatda Minasyan barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair ərizənin bir aydan çoxdur məhkəməyə verildiyi bildirilib.

Mikayel Minasyan dövlət vəsaitləri hesabına qanunsuz zənginləşmə, çirkli pulların yuyulmasında ittiham olunur.

Minasyanın özü isə siyasi təqiblərə məruz qaldığını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər