6 May 2020 18:00
2 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda 2018-ci ilin may ayında qurulan demokratik hökuməti devirə biləcək mafiyalaşmış siyasi qüvvə yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Ölkədə sabitliyin bərqərar olduğunu iddia edən Paşinyan ona müxalif olan siyasi qüvvələri zərərsizləşdirdiyini etiraf etməkdən də çəkinməyib:

“Bir daha demək istəyirəm ki, Ermənistanda demokratik sabitlik bərqərar oldu. Ermənistandakı bu ab-havanı heç bir şey təhdid etmir. Ermənistanda demokratiyanın əsaslarını çökdürə biləcək heç bir siyasi, kriminal və mafiya qüvvəsi yoxdur”.

Baş nazir öz siyasi opponentlərini (“Köçəryan-Sərkisyan klanı”) təhqir edib, vaxtilə hakimiyyətdə olmuş siyasi qüvvələri “kukla” adlandırıb.

Əlavə edək ki, sabiq president Robert Köçəryanın həbs edilməsi, Serj Sərkisyanın müvafiq ittihamlarla məhkəməyə verilməsi uzun müddətdir Ermənistanda müzakirə mövzusudur. Müxalif qüvvələr bunun Paşinyan hakimiyyətinin siyasi təzyiqləri olduğuna inanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər