2 Oktyabr 2014 00:07
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukraynanın Donetsk şəhərində atəş nəticəsində 9 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, gün ərzində şəhərdə döyüşlər müşahidə edilib.


Belə ki, Kiyev prospektində mərminin marşrut taksisinə düşməsi 6 nəfərin ölümünə səbəb olub, 25 nəfər yaralanıb.


Digər ölümlə nəticələnən hadisə 57 nömrəli məktəbdə qeydə alınıb. Burada atəş nəticəsində 1 müəllim və 2 valideyn həlak olub, 5 nəfər yaralanıb.


Müəllif: