7 May 2020 00:56
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Kəşfiyyat Xidmətinin həyata keçirdiyi əməliyyatla ölkədə raket istehsalı ilə bağlı gizli məlumatları Rusiyaya sızdırmağa çalışan agent yaxalanıb.

Uğurlu əməliyyat bu günə kimi toqquşmaların davam etdiyi Luqanskda baş tutub.

Məlum olub ki, agent məlumatları Rusiya Federasiyasına pul müqabilində ötürməyi planlaşdırıb. O, vətənə xəyanət, gizli sənədlərin sızdırılması ittihamları ilə mühakimə olunacaq.

Bildirək ki, bu yaxınlarda Ukrayna Kəşfiyyat Xidməti ölkənin Silahlı Qüvvələrində əməliyyat keçirib. General Valeri Şaytanov Rusiyanın Kəşfiyyat Xidmətinə işlədiyinə və Ukraynada cinayət planı təşkil etdiyinə görə saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər