ABŞ Prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrini İrana qarşı istifadə səlahiyyətlərini məhdudlaşdıran Konqresin qətnaməsinə veto qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tramp qətnaməni “həddən artıq təhqiramiz” adlandırdı və demokratların bunu Respublikaçılar Partiyasını parçalamaq və noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək strategiyası çərçivəsində təqdim etdiklərini söyləyib.
Onun sözlərinə görə, qətnamə “faktlar və qanunvericilik anlaşılmazlığına” əsaslanır və ABŞ İrana qarşı güc tətbiq etmir.
Məlum qətnamə bu ilin yanvar ayında iranlı general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra qəbul edilmişdi.