Vaşinqton COVID-19 koronavirus infeksiyasının yayılmasının öhdəsindən gələ bilmədiyi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ təklif edə bilər.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox Business” telekanalındakı çıxışı zamanı bu ehtimalı istisna etməyib.
Jurnalistin Amerika administrasiyasının ÜST-nin funksiyalarını yerinə yetirəcək yeni bir qurum yaratmaq planları barədə sualına cavab olaraq Pompeo deyib ki, Ağ Ev indi “gələcək hərəkətlərin hansının daha yaxşı olacağını” qiymətləndirir.
“Prezident qarşımızda aydın məqsəd qoyub: ÜST-nin yenidən uğursuzluğuna yol verməməliyik. ÜST-nin vəzifələrini yerinə yetirmədiyi təqdirdə yüz milyonlarla ABŞ dolları alması qəbuledilməzdir”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 14-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun ÜST-nin maliyyəsini dayandırdığını bəyan edib.