Polşada prezident seçkiləri iyunda baş tuta bilər.
Teleqarf.com xəbər verir ki, bunu ölkənin dövlət aktivləri naziri Yaçek Sasin bildirib.
O qeyd edib ki, bütün bunlar Ali Məhkəmənin prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar çıxarmasından asılıdır. “Növbəti mümkün yaxın tarix iyun ayıdır”, – deyə Sasin qeyd edib.
Onun sözlərinə görə, məhkəmənin qərarından sonra Seymin (parlamentin aşağı palatası) sədri 14 gün ərzində yeni seçkilər elan etməlidir.
Qeyd edək ki, Polşada prezident seçkilərinin ilk turu mayın 10-na təyin edilmişdi. Hazırkı dövlət başçısı Andjey Dudanın səlahiyyətləri 2020-ci ilin yayında başa çatacaq. Ölkə konstitusiyasına uyğun olaraq, yazda yeni prezident seçkisi keçirilməlidir. Bundan əvvəl, Seymdə hakim “Qanun və ədalət” partiyası səsvermənin poçtla keçirilməsi barədə qanun layihəsi təklif etmişdi. Sənəd üzərində bir ay işləyəndən sonra Senat mayın 5-də səsvermənin poçtla keçirilməsi barədə qanun layihəsini rədd edib.