7 May 2020 13:53
5 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın COVİD-19-la mübarizə apardığı bir vaxtda Hindistanda faciə yaşanıb.

Teleqraf.com xəbər verir ki, Hindistanın cənubunda yerləşən Andra Pradeş əyalətindəki sənaye müəssisəsində qaz sızması baş verib.

Zəhərli, kimyəvi qazların havaya yayılmasından xəbərsiz olan Visakhapatnam şəhərinin sakinləri səhər saatlarında normal şəkildə işə getmək üçün evlərindən çıxıblar. Bu zaman faciə yaşanıb. Belə ki, havada olan zəhərli qazların qəbulu minlərlə insanın küçədə anidən yerə yıxılması ilə nəticələnib. Sənaye obyektindən 3 kilometrlik məsafədə olan yüzlərlə insanın tənəffüs orqanları və gözlərinin yandığı bildirilib.

Əraziyə çox sayda təcili tibbi yardım avtomobilləri göndərilib. Hadisə nəticəsində 8 nəfərin öldüyü, mindən çox insanın isə zəhərləndiyi açıqlanıb. Qazın təsirini azaltmaq üçün bölgəyə su səpilib, insanlara nəm maska taxmaq tövsiyə edilib.

Hindistan Baş naziri Narendra Modi bəyan edib ki, hadisə diqqət mərkəzindədir.


Müəllif: Cavad

Oxşar xəbərlər