2 Oktyabr 2014 01:20
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya siyasətini dəyişməlidir. Rəsmi Moskva Ukrayna ilə münasiblətlərində beynəlxalq qanunlara riayət etməlidir".

ANS PRESS-in məlumatına görə, NATO-nun yeni norveçli baş katibi Yens Stoltenberq ilk mətbuat konfransında çıxışı zamanı bu cür ifadələr işlədib. Stoltenberq qeyd edib ki, Ukrayna ilə Rusiya arasında əldə olunan atəşkəs razılaşması iki ölkə arasında münasibətlərin yenidən inkişaf etdirilməsi üçün yaxşı imkandır.

“Rusiya öz siyasətində beynəlxalq qanunlara uyğun şəkildə addımlar atmalıdır. Biz bu istiqamətdə rəsmi Moskvadan dəyişiklik gözləyirik. Bir müddət əvvəl Uelsdə keçirilən sammitdə əvvəllər olduğu kimi indi də Rusiya ilə konstruktiv əməkdaşlıq əlaqələri qurmağa can atırıq” - deyə Stoltenberq qeyd edib.

Ukraynada yaşanan gərginliklərlə əlaqədar aprel ayından bəri Rusiya ilə NATO arasında hərbi və mülki əməkdaşlıqlar qeyri-müəyyən müddətə dayandırılıb.


Müəllif:

Oxşar xəbərlər