ABŞ prezidenti Donald Tramp bildirib ki, hər gün koronavirus testindən keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Maykla (ABŞ-ın vitse-prezidenti) test verdik... Biz həftədə bir dəfə yoxlanılırıq, bu, indi hər gün olacaq", - Tramp deyib.
O, həmçinin Ağ Ev əməkdaşlarından birinin koronavirusla yoluxduğunu təsdiqləyib. "Mənim bu centlmenlə çox məhdud əlaqəm var idi", - ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, ABŞ prezidentinin köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub. Prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur.