İraqın Kərkük vilayətinin Tuzhurmatu mahalında İraq ordusu İŞİD-in əlində olan 6 kəndə hücum edib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyatda İŞİD-in 78 üzvü öldürülüb.
Elbu Həsən və Hilava adlı 2 kəndin isə geri alındığı bildirilir. İŞİD-in bəzi üzvlərinin təslim olduğu xəbər verilir.
Digər bir məlumata görə, Kərkük Polis Müdirliyinə bombalı hücum təşkil edilib. Bir motosikletə qoyulan və uzaqdan idarə olunan bombanın partlaması nəticəsində ərazidə olan 2 uşaq ölüb.