Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha iki nəfərdə koronavirus infeksiyası aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Yoluxan şəxslər işğal altındakı Kəlbəcər rayonunda yaşayan bir ailənin üzvüdür.
Beləliklə, Qarabağda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 10-a çatıb.