Türkiyədə təkcə 2019-cu ildə PKK/KCK terror təşkilatına qarşı 122 54 əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, ötən il baş tutan əməliyyatlarda kürd terror təşkilatı rəhbər şəxsləri də daxil olmaqla, ağır itkilər verib.
“Kıran” və “Kapan” əməliyyatları nəticəsində 2016-cı ildə Türkiyə daxilində 2780 şəxsi heyəti olan PKK terrorçularının sayının ilk dəfə 500-ə qədər aşağı düşdüyü bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildə Türkiyə daxilində PKK terrorçularının sayı 835-1995, 2018-ci ildə 1000-1200, 2019-cu ildə isə 755-876 nəfər olub. Bu rəqəm ötən ilin sonlarında 537-587 nəfərdək aşağı düşüb. Beləliklə, son 4 ildə Türkiyədəki PKK-çıların sayı 83 faiz azalıb.