Honk-Kong parlamentində deputatlar arasında əlbəyaxa dava olub.
Teleqraf.com xəbər verir ki, buna səbəb parlamentdə komitə rəhbəri postu uğrunda aparılan mübarizədə Pekinyönümlü deputatın qalıb gəlməsi olub.
Müstəqillik tərəfdarı olan demokratlar nəticədən narazı qalıblar və komitə sədrini kreslodan düşürmək istəyiblər.
Bu zaman deputatlarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava düşüb. Bir neçə deputat parlamentin binasından xərəkdə çıxarılıb.