9 May 2020 11:36
2 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik teleqramı göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“75 il əvvəl Rusiya xalqı misilsiz qəhrəmanlıq və fədakarlıq göstərərək, bəşəriyyətin taleyini təhdid edən faşizmə qarşı ədalətli müharibədə böyük qələbə qazandı və bununla da vətənlərini müdafiə etdi. Eyni zamanda bütün dünyada sülhü və təhlükəsizliyini müdafiə etdi. Rus xalqının qəhrəmanlıqları və tarixi xidmətləri ədaləti və sülhü sevən bütün ölkələrin xalqlarının yaddaşında əbədi qalacaq”, – teleqramda deyilir.

Kim Çen In KXDR-lə Rusiya arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin yeni əsrin tələblərinə uyğun davamlı olaraq möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə inandığını bildirib:

“Səmimi qəlbdən arzulayıram ki, müharibədə böyük bir qələbə ənənəsini miras alan siz və Rusiya xalqı qüdrətli Rusiyanın qurulması və qlobal pandemiyanın – yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində qələbə qazanasız”.

Qeyd edək ki, bundan əvvəl Kuba prezidenti Migel Diaz-Kanel V.Putini Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər