Honkonq parlamentində deputatlar arasında dava düşüb.
Teleqraf.com xəbər verir ki, parlamentdə Çini dəstəkləyən deputatlarla müstəqillik tərəfdarı olan millət vəkilləri mübahisə edib.
Mübahisə uzun müddətdir komitə sədri seçilməyən Çin tərəfdarı deputatların erkən saatlarında salona daxil olaraq yerləri tutması səbəbindən baş verib, sonradan bu, əsl davaya çevrilib.
Dava zamanı bəzi millət vəkilləri xəsarət alıb.