Çin nüvə silah başlıqlarını 1000-ə çatdırmalıdır.
Teleqraf.com xəbər verir ki, COVİD-19 səbəbindən Çin və ABŞ arasına qarşılıqlı ittihamlar davam edir və daha da kəskinləşir.
Çin Kommunist Partiyasının (ÇKP) ingilizcə yayım orqanı “Qlobal Times” soyuq müharibə dövrünü xatırladan məqalə ilə çıxış edib.
Nəşrin baş redaktoru Hu Xijinin müəllifi olduğu məqalə “Çinin nüvə silahı başlıqlaını minə çatdırmaq lazımdır” başlığı ilə yayımlanıb. Yazıda Pekinin Vaşinqtonun siyasətinin qarşısını almaq üçün nüvə strategiyasına diqqət yetirilməsinin vacibliyi vurğulanır.
Məqalədə ABŞ Prezidenti Trampın pandemiyanı Pörl-Harbora və 11 sentyabr hücumları oxşatması xatırladılıb, əlavə edilib ki, nüvə başlıqları ilə əlaqədar müzakirə üçün zaman yoxdur və sürətli addımların atılması lazımdır.
Xtırladaq ki, ötən il Çin Xalq Respublikasının yaranmasının 70-i ildönümü ilə əlaqədar olaraq ölkənin nüvə arsenalı nümayiş etdirilib.