Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinə baş çəkib.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, onu səfərdə Qarabağ separatçı-terrorçularının rəhbəri Saakyan və “yeni seçilən” terrorçu Araik Arutyunyan müşayiət edib.
Paşinyan eyni zamanda bir neçə fermer təsərrüfatına da baş çəkib və orda istehsal edilən məhsullara baxıb.
Qeyd edək ki, Nikol Paşinyan Şuşa şəhərinin işğalının 28 illiyini qeyd etmək üçün Azərbaycanın Qarabağ bölgəsinə gəlib.