ABŞ BMT-nin İrana qarşı silah embarqosunu uzatmaq üçün bütün diplomatik imkanlardan istifadə edəcək.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bun şənbə günü ABŞ Dövlət katibi Maykl Pompeo bildirib.
"ABŞ BMT-nin silah embarqosunu uzatmaq üçün bütün diplomatik fürsətdən istifadə edəcək. İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyik", - Pompeo deyib.
Dövlət katibi ABŞ-ın İranın nüvə sazişindən çıxmasının Yaxın Şərqi daha sülhsevər bir bölgəyə çevirdiyini bildrib.
Qeyd edək ki, "Nyu York" qəzetində aprelin 26-da gedən materialda ABŞ-ın İrana qarşı silah embarqosunun saxlanılması barədə qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul edilməsinə nail olmaq niyyətində olduğu bildirilib.