10 May 2020 08:17
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seul meri Park Von Su paytaxtdakı gecə klubu və barların bağlandığını bildirib.

Teleqraf.com-un xəbərinə görə, buna səbəb karantin rejimi yumşaldıldıqdan sonra insanalrın əyləncə məkanlarına üz tutması və koronovirusa yoluxanların sayının artmasıdır.

Seul meri bildirib ki, növbəti qərara qədər qadağanı pozan iş adamları sərt cəzalarla üzləşəcək.

Cənubi Koreyada dünən 5 gündən sonra virusa yoluxanların sayında artım olub. Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzindən dünən verilən açıqlamada əvvəlki gecəyə kimi ölkədə 12 yeni yoluxma hadisəsinin aşkarlandığı açıqlanıb. Ancaq Cənubi Koreyanın Səhiyyə nazirinin müavini Kim Gang-lip bu açıqlamadan sonrakı saatlarda daha 13 yoluxma hadisəsinin baş verdiyini deyib.

Kim həmin 13 nəfəri keçən həftə Seuldakı gecə klublarına gedən 29 yaşlı bir xəstənin yoluxdurduğunu bildirib. O, bu xəstə ilə təmasda olan insanların izləndiyini və yaxın günlərdə yoluxmuş insanların sayının artacağını deyib.

29 yaşlı xəstənin keçən həftə sonu getdiyi gecə klublarına təxminən 1500 adamın gəldiyi müəyyən edilib.

Cənubi Koreyada bu günə qədər koronavirusdan 256 nəfər ölüb. Ölkədə 10.840 nəfərin karantində olduğu bildirilir.

Nahid


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər